16 C
Baku
Saturday, November 2, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2027-ci ildə ₼16.9 milyarda çatacaq

2023-cü ildə Azərbaycanda əsas kapitala olan investisiyalarda 7.7 faiz, ortamüddətli dövrdə isə orta illik 1.6 faiz artım olacağı proqnozlaşdırılır.

Banker.az bu barədə Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən xəbər verir.

Qarşıdakı dövr ərzində neft-qaz sektoru üzrə olan investisiyalarda azalma, digər sahələr üzrə isə artım müşahidə ediləcəkdir. Belə ki, digər sahələr üzrə investisiyalar 2023-cü ildə 13.4 milyard manat proqnozlaşdırıldığı halda, 2027-ci ildə 16.9 milyard manata yüksələcək.

“Gözlənilən müsbət iqtisadi meyillərlə yanaşı, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinin reallaşdırılması, işğaldan azad olunmuş regionların ölkə iqtisadiyyatına reinteqrasiyası və həmin regionların inkişafı ilə bağlı olan investisiya və yenidənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşmasına şərait yaradacaq”- deyə, sənəddə bildirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq. Həmçinin, qeyd edilən ərazilərdə uzun illər sonra kommunikasiya xətlərinin açılması iqtisadi cəhətdən müsbət tendensiyalara rəvac verməklə yanaşı, regionda sülhün və təhlükəsizliyin də bərqərar olmasına xidmət edəcək.

Son xəbərlər
Digər xəbərlər