Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihənin icrasını tamamlamışdır.
Layihə rəhbəri iqtisadiyyat üzə fəlsəfə doktoru, dosent Aytən Səmədzadə, layihə ekspertləri- Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, prof. Rəsul Balayev, dosent İlham Əhmədov olmuşlar.
Ötən müddət ərzində layihənin icra planına əsasən Şuşanın iqtisadi, sosial, demoqrafik göstəriciləri haqqında xeyli arxiv materialı araşdırılmış, istiqamətlər üzrə sistemləşdirilmiş, elmi və statistik mənbələr araşdırılmışdır.
Layihə çərçivəsində həmçinin, Şuşa rayonunun kənd təsərrüfatı istehsalının dinamikası, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalının təşkili, energetika, rabitə, İKT, ağıllı texnologiyaların tətbiqi perspektivləri araşdırılmışdır. Araşdırmaların nəticəsi “Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı xüsusi kitab halında nəşr edilmişdir. Kitabda tədqiqat materialları ilə yanaşı Şuşanın dünənini, bu gününü əks etdirən xeyli fotoşəkillər də verilmişdir.
Kitabda həmçinin Şuşanın gələcək inkişafı barədə təklif və tövsiyələr də verilmişdir. Şuşanın kurort imkanlarının araşdırılması, beynəlxalq miqyaslı müalicə ocaqlarının yaradılması ilə də bağlı təkliflər kitabda verilmişdir.
Layihənin yekun mərhələsində Şuşa 1 saylı məktəbdə “Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitab ictimaiyyətə təqdim edilmişdir. Tədbirdə Şuşa rayon icra hakimiyyətinin baçşısı Bayram Səfərov, icra başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin üzvləri iqtisad elmləri doktoru professor Eldar Quliyev, Arzu Nağıyev, Novruz Aslan, Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov, Şuşa rayonunun ziyalıları, alimlər və mətbuat nümayəndələri iştirak etmişlər.
Layihənin gedişatı mütəmadi olaraq “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyinin orqanı olan “İqtisadiyyat” qəzetində və digər KİV-də, agentliyin Feysbuk səhifəsində, saytlarda mütəmadi olaraq dərc edilmişdir.
Yeganə Məmmədova