Azərbaycan iqtisadi fəallıq və imkanlar sahəsində dünya üzrə 9 pillə irəliləyib.
Dünya İqtisadi Forumunun Gender Fərqliliyi İndeksi (GFİ) və BMT-nin Gender Bərabərsizliyi İndeksinin (GBİ) təhlillərinə əsasən Azərbaycan dünya üzrə iqtisadi fəallıq və imkanlar sahəsində 2017-ci illə müqayisədə 2022-ci ildə 45-ci yerdən 36-cı yerə yüksəlib.
Bu barədə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatında qeyd edilib.
Bildirilib ki, həmçinin ölkəmiz bərabər təhsil sahəsində 91-ci yerdən 55-ci yerə yüksəlib.