10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan iqtisadi ressesiya “ən pis ssenaridə” ili tamamlayıb

Azərbaycanda 2020-ci il üzrə illik iqtisadi ressesiya 4.3 faiz təşkil edib.

2020-ci il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcmi 72 milyard 432.2 milyon manat olmuşdur.

ÜDM-nin 50 milyard 792.5 milyon manatı qeyri-neft sektorunun payına düşür. Bu da illik 2.6% azalma deməkdir. Adambaşına düşən ÜDM-nin həcmi isə illik müqayisədə 5% azalaraq, 7 262.8 manat olub.

Azərbaycanda hökumət cari ilin sentyabrında 3 ssenaridə: neftin bir barelinin qiymətinin 35, 40, 45 ABŞ dollarını (və Brent nefti) nəzərdə tuturdu. Hər üç proqnoz bu il Azərbaycanın ümumi daxili məhsulunun həcminin cari ilin sonun qədər azalacağını bildirdi. Bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada deyilirdi.

23456

Hökumətin proqnozuna əsasən baza, 40 $/barel ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3.7 faiz az olmaqla 70.9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2.9 faiz az olmaqla 50.4 mlrd. manat həcmində proqnozlaşdırılırdı. Göründüyü kimi Dövlət Statistikanın son açıqlamasında iqtisadi azalma 4.3%, yəni, nazirliyin “ən pis ssenari” üzrə proqnozunda tamamlanıb.

Son xəbərlər
Digər xəbərlər