Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 22 400,5 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,7% azalaraq 2 249,7 manat olub.
4 aylıq ÜDM-in 14 529,7 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə 0,8% azdır.
Hesabat dövründə ölkədə 13 028,1 milyon manatlıq sənaye məhsulu, o cümlədən 3 882 milyon manatlıq qeyri-neft-qaz sənayesi məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 3% və 16,8% çoxdur.