Akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirir. Nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib.
Təqdim edilən beşcildlikdə 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa imkan verəcək, cəmiyyətdə Azərbaycan iqtisadiyyatının keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edir. Beşcildlik orta məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən iqtisadi və idarəetmə strukturlarında Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi üçün zəngin informasiya mənbəyidir.
Geniş oxucu kütləsi, o cümlədən bakalavr, magistr, dokorantlar, müəllimlər üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycan iqtisadiyyatının son 100 ildə, xüsusilə də, müstəqillik dövrünün inkişaf tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğurur.
Toplunu əldə etmək üçün bu telefon nömrələrinə zəng vura bilərsiniz:
050 683 9177; 050 311 1278.