5 C
Baku
Friday, March 29, 2024

Azərbaycan iqtisadiyyatı 2022-ci ildə 4.6% artıb – $78.7 mlrd.

2022-ci ildə ölkədə 133.8 milyard manatlıq və ya hazırkı məzənnə ilə 78.71 mlrd. dollarlıq ümumi daxili məhsul istehsal olunmuşdur.

Banker.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, bu da əvvəlki illə müqayisədə 4.6 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9.1 faiz artmışdır.

ÜDM istehsalının 51.1 faizi sənaye, 8.2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4.8 faizi tikinti, 1.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.4 faizi informasiya və rabitə sahələrinin, 14.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7.4 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 13 min 292.2 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər