15 C
Baku
Thursday, May 9, 2024

Azərbaycan iqtisadiyyatı 2023-cü ilə ressesiya ilə başladı

2023-cü ilin yanvar ayında ölkədə 9 milyard 690.2 milyon manatlıq (cari məzənnə ilə 5 mlrd. 700.12 mln. dollar) ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinad edir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz azalma (ressesiya) deməkdir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4.6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1.7 faiz artmışdır.

ÜDM istehsalının 52.8 faizi sənaye, 9.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.2 faizi tikinti, 2.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.6 faizi informasiya və rabitə, 1.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15.5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8.1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 956.6 manata ($562.7) bərabər olmuşdur.

Resessiya (Recessus latın dilində geriləmə deməkdir) —iqtisadiyyatda (xüsusən də makro iqtisadiyyatda) bu termin iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir. İstehsalın düşməsi ümum milli məhsulun (ÜMM) və ya Ümum daxili məhsulun (ÜDM) sıfır dərəcəli artımı (staqnasiya) və ya onun yarım ildən artıq müddətdə aşağı enməsi ilə xarakterizə olunur .

Son xəbərlər
 ⁠
Digər xəbərlər