Azərbaycan iqtisadiyyatı gələn il 4%-dək böyüyəcək – PROQNOZ

Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 4%-ə qədər irəliləməsi proqnozlaşdırılır. Bunu 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, növbəti il təkrəqəmli inflyasiya qeydə alınacaq: “2018-ci il üçün dövlət və özəl investisiyaların həcmi artacaq, Azərbaycanın tranzit imkanları genişlənəcək”.

İİTKM rəhbəri gələn il Azərbaycan üçün yeni iqtisadi inkişaf trayektoriyasının başlandığı il olacağını qeyd edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər