Azərbaycan iqtisadiyyatı ilk rübdə 0.3% kiçilib – DSK

Azərbaycan iqtisadiyyatında real olaraq 2026-cı ilin ilk üç ayında 0.3 faiz azalma (resessiya) qeydə alınıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Halbuki, bu öncəki ayda 0.3 faiz real illik artım vardı. Bildirilir ki, azalmanı əsas tətikləyən amil neft iqtisadiyyatındakı 1.2 faiz azalaraq 8 mlrd. 531.6 mln manata düşməsidir.

Qeyri-neft iqtisadiyyatı isə 0.2% cüzi azalma ilə 21 mlrd. 171.6 mln. manata qalxıb.

Ümumi daxili məhsul isə 29 mlrd. 703.2 mln. manat təşkil edib.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın real ÜDM artımının 2026-cı ildə 2%, 2027-ci ildə isə 1.8% olacağını proqnozlaşdırır. Bankın “Asiyanın İnkişaf Perspektivləri” icmalına görə, bu dövrdə orta illik artım 1.9% səviyyəsində qiymətləndirilir. r.

ADB hesab edir ki, aqrar sektor 2026-cı ildə 1.4%, 2027-ci ildə 1% artacaq, sənaye istehsalı isə müvafiq olaraq 0.2% və 0.1% səviyyəsində zəif artım göstərəcək. Eyni zamanda, büdcə kəsirinin 2026-cı ildə ÜDM-in 2.2%-i, 2027-ci ildə isə 2.1%-i olacağı, ARDNF transfertlərinin isə 9.3% səviyyəsində qalacağı gözlənilir. Büdcə xərclərinin ÜDM-də payı 30.3% təşkil edəcək.

Proqnozlar digər qurumlar arasında fərqlidir: İqtisadiyyat Nazirliyi 2026-cı ildə 2.9%, 2027-ci ildə 3.3%, AMB isə müvafiq olaraq 2.4% və 2.9% artım gözləyir. BVF 2026-cı il üçün 2.1%, S&P 2%, Fitch və Moody’s 2.5%, Dünya Bankı 1.8–2%, BMT 2.6–2.7% aralığında proqnoz verir. ING Group isə 2026-cı ildə 2.5%, 2027-ci ildə 3% artım gözləyir.

Son xəbərlər
Digər xəbərlər