19 C
Baku
Sunday, April 28, 2024

“Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və post-pandemiya dövründə” mövzusunda videokonfrans keçirilib

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və post-pandemiya dövründə” mövzusunda videokonfrans keçirilib.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və bu təsirlərin azaldılması məqsədilə görülən işlərə həsr olunmuş onlayn tədbirdə müvafiq dövlət qurumlarının, hazırda ölkəmizdə fəaliyyətdə olan, eləcə də Azərbaycan bazarına maraq göstərən ABŞ şirkətlərinin, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və iqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev çıxış edərək koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, kiçik və orta sahibkarlığa təsirləri, həyata keçirilən dövlət dəstəyi tədbirləri, postpandemiya dövründə atılacaq addımlar barədə məlumat verib, sualları cavablandırıblar.

videozəng1videozəng

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər