“Müşahidələrimiz göstərir ki, Azərbaycan iqtisadiyyatı son geriləmədən sonra tədricən bərpa olunur”.
Bunu keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.
O, yaxın 2 il üçün bir sıra proqnozlar da səsləndirib: “Yaxın 2 ildə ölkədə qiymət artımının 3,3% təşkil edəcəyini, qeyri-neft sektorunda 2,7% artım olacağını gözləyirik. İcmal büdcənin profisiti ümumi daxili məhsulun 5,3%-nə bərabər olacaq. Neft gəlirlərinin artması cari hesabın profisitin artıraraq onu ÜDM-in 10%-nə bərabər edəcək”.
IMF rəsmisi onu da deyib ki, ölkədə büdcənin konsolidasiyası siyasəti davam etdirilməlidir: “Zənnimcə Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin azaldılması ilə bağlı qərarları uğurlu addımdır”.
Report