20 C
Baku
Friday, May 3, 2024

Azərbaycan iqtisadiyyatına ən çox investisiyanı hansı ölkə qoyub?

Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 21 milyard dolları ötüb. Publika.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumunda deyib.

Nazir müavininin sözlərinə görə, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə xarici investorlar arasında birinci yeri tutur: “Bununla yanaşı, Böyük Britaniya Azərbaycanın qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcminə görə isə ikinci yerdədir. Bunun həcmi 1,3 milyard dolları ötür”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər