-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11% artıb

2024-cü ilin yanvar-may aylarında əsas kapitala 6640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çox investisiya yönəldilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1 faiz artıb.

İstifadə olunmuş investisiyanın 3623,3 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 2379,1 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 638,5 milyon manatı (9,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 5386,9 milyon manatını və ya 81,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 4644,0 milyon manatı və ya 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər