15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11%-dən çox azalıb

2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 11708.1 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11.2 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8.7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12.9 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 7740.4 milyon manatı və ya 66,1 faizi məhsul istehsalı sahələrinə, 3079.8 milyon manatı (26.3 faizi) xidmət sahələrinə, 887.9 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7849.2 milyon manatını və ya 67 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7784.4 milyon manatı və ya 66.5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54.4 faiz, büdcə vəsaitləri 25.2 faiz, sair vəsaitlər 7.3 faiz, əhalinin şəxsi vəsaitləri 7.2 faiz, bank kreditləri isə 5.9 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər