10 C
Baku
Wednesday, March 12, 2025

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 25% azalıb

2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2008,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.8 faiz az investisiya yönəldilib.

Banker.az xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz az olub.

İstifadə olunmuş investisiyanın 1050,6 milyon manatı və ya 52,3 faizi məhsul  istehsalı  sahələrinə, 661,5 milyon  manatı (32,9 faizi) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 1422,4 milyon manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 1558,0 milyon manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər