8 C
Baku
Monday, November 18, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb

2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 12711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz az investisiya yönəldilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb.

İstifadə olunmuş investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul  istehsalı  sahələrinə, 4743,8 milyon  manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 9193,0 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər