19.5 C
Baku
Tuesday, May 13, 2025

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5% azalıb

2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5069,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.6 faiz az investisiya yönəldilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3 faiz artıb.

İstifadə olunmuş investisiyanın 2578,8 milyon manatı və ya 50,9 faizi məhsul  istehsalı  sahələrinə, 1627,6 milyon  manatı (32,1 faizi) xidmət sahələrinə, 862,9 milyon manatı (17,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 3772,4 milyon manatını və ya 74,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3969,3 milyon manatı və ya 78,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər