8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9%-dən çox artıb

2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7 984.8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox investisiya yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 4,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,6 faiz artıb.

İstifadə olunmuş investisiyanın 4373,2 milyon manatı və ya 54,8 faizi məhsul istehsalı sahələrinə, 2747,3 milyon manatı (34,4 faizi) xidmət sahələrinə, 864,3 milyon manatı (10,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 6452,0 milyon manatını və ya 80,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5513,4 milyon manatı və ya 69,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər