14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1339,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və ya 73,5 faizi məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı (17,9 faizi) xidmət sahələrinə, 114,8 milyon manatı (8,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 815,9 milyon manatı və ya 60,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 75,0 faiz, büdcə vəsaitləri 10,4 faiz, əhalinin şəxsi vəsaitləri 9,4 faiz, sair vəsaitlər 4,7 faiz, bank kreditləri isə 0,5 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər