23 C
Baku
Monday, September 16, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

2022-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301.7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0.1 faiz çox vəsait yənəldilib.

Bu barədə Banker.az-a Dövlət Statisitka Komitəsindən bidirilir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15.5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12.5 faiz artıb. İstifadə olunmuş vəsaitin 4492.6 milyon manatı və ya 61.5 faizi məhsul istehsalı sahələrinə, 2 355.5 milyon manatı (32.3 faizi) xidmət sahələrinə, 453.6 milyon manatı (6.2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427.8 milyon manatını və ya 74.3 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 174.9 milyon manatı və ya 70.9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54.4 faiz, büdcə vəsaitləri 29.6 faiz, əhalinin şəxsi vəsaitləri 7.8 faiz, sair vəsaitlər 5.0 faiz, bank kreditləri isə 3.2 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər