19 C
Baku
Tuesday, September 2, 2025

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi azalıb

2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.5 faiz az investisiya yönəldilib.

Banker.az xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb.

İstifadə olunmuş investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul  istehsalı  sahələrinə, 2672,0 milyon  manatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 6070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər