9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan iqtisadiyyatına investisiya yatırımında bank sektorunun payı azalıb

2020-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5956,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7% az vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 17,5% artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,5% azalıb.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3668,3 milyon manat, bank kreditləri 324  milyon manat, büdcə vəsaitləri 1325 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 142 milyon manat, əhalinin şəxsi vəsaitləri 369,3 milyon manat, sair vəsaitlər 127,6 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə  əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 418,2 milyon manat təşkil edib. Belə ki, əsas kapitala yönəlmiş bank kreditlərinin həcmi 23% azalıb.

Son xəbərlər
Digər xəbərlər