10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan iqtisadiyyatına investisiya yatırımında bank sektorunun payı azalıb

2020-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4907,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,8 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 16,7 faiz azalıb.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3047,6 milyon manat, bank kreditləri 264,2 milyon manat, büdcə vəsaitləri 1050,5 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 116,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 319,3 milyon manat, sair vəsaitlər 109,1 milyon manat təşkil etmişdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə  əsas kapitala yönəldilmiş sərmayədə bank kreditləri 336,6 milyon manat təşkil edib. Belə ki, əsas kapitala yönəlmiş bank kreditlərinin həcmi 22% azalıb.
Son xəbərlər
Digər xəbərlər