16 C
Baku
Monday, October 14, 2024

Azərbaycan iqtisadiyyatına bu il kapital qoyuluşları azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilmişdir.

Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 2,1 faiz az vəsait yönəldilib.

2020-ci ildə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9 faiz azalıb.

Həmçinin qeyd edək ki, hesabat dövründə investisiyaların ümumi həcmindən 6 milyard 667,2 milyon manat tikinti-quraşdırma işlərinə yönəldilib.

Son xəbərlər
Digər xəbərlər