2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 14% artıb

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-ci il fevralın 1-nə 20 590,7 mln. manat təşkil edib. Bu, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 561,3 mln. manat və ya 2,65% azdır.

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabatına görə, keçən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 2 570,4 mln. manat və ya 14,26% artıb.

Qeyd edək ki, il ərzində iqtisadiyyata kredit qoyuluşlarında baş verən artımda manatın devalvasiyasının təsiri olub. Çünki iqtisadiyyata kredit qoyuluşlarının bir hissəsi xarici valyutada həyata keçirilib. Milli valyutanın devalvasiyası isə öz növbəsində həmin göstəricinin manat ekvivalentində artmasına səbəb olub.

Report

Son xəbərlər
Digər xəbərlər