3 C
Baku
Monday, January 19, 2026

Azərbaycan iqtisadiyyatına ötən il investisiya qoyuluşu 6%-ə yaxın azalıb

2025-ci ildə əsas kapitala 21226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb.

İstifadə olunmuş investisiyanın 10972,1 milyon manatı və ya 51,7 faizi məhsul  istehsalı  sahələrinə, 7179,6 milyon  manatı (33,8 faizi) xidmət sahələrinə, 3074,4 milyon manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 17023,0 milyon manatını və ya 80,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 16018,3 milyon manatı və ya 75,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər