2026-cı ilin ötən dövründə də ölkəyə xarici investisiya axınları davam edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir.
Məlumatına görə, I yarımillikdə xarici maliyyə mənbələrindən əsas kapitala investisiyalar ö.i.m.d.n. 18.2% artaraq 2.4 mlrd. manat təşkil etmişdir.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar dövr ərzində ümumi investisiyaların 25.8%-ni təşkil etmişdir.







