1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan iqtisadiyyatına yatırılan sərmayənin həcmi açıqlandı

“Bu gün Azərbaycanın ÜDM-də özəl sektorun payı 85 faiz təşkil edir”.

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcmi 156 milyard dolları ötür.

Bunu Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, yatırılan sərmayələrin təxminən yarısı xarici ölkələrin payına düşür.

Ş.Mustafayev deyib:

“Bu gün Azərbaycanın ÜDM-də özəl sektorun payı 85 faiz təşkil edir. Ümumilikdə, son on il ərzində Azərbaycanın ÜDM-i 3,4 dəfə, adambaşına düşən ÜDM isə üç dəfə artıb. Dövlət büdcəsinin gəlirləri göstərilən dövrdə 19 dəfə artıb. Eləcə də 10 il ərzində respublikanın xarici ticarət dövriyyəsi təxminən 9 dəfə çoxalıb”.


Nazirin sözlərinə görə, yoxsulluğun səviyyəsi 10 il ərzində səkkiz dəfə azalaraq 5,5 faizə enib:

“Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 70 faizindən çoxunu təşkil edir. Ölkədə iqtisadiyyatın şaxələnməsi davam edir və hazırda ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda cəmləşib. Respublikanın xarici borcu ÜDM-in cəmi 8,3 faizini təşkil edir, ölkənin strateji valyuta ehtiyatları isə xarici borcu 10 dəfəyədək üstələyir”.

Son xəbərlər
Digər xəbərlər