26 C
Baku
Friday, July 5, 2024

Azərbaycan iqtisadiyyatının inkişafında mikromaliyyələşdirmənin rolu

Müəllif: Könül Sultanova

Mikromaliyyələşdirmə dedikdə – yenicə fəaliyyətə başlayan və inkişaf üçün ənənəvi bank maliyyəsinə yol tapmaqda çətinlik çəkən mikro həcmli və xırda sahibkarların maliyyələşdirilməsi başa düşülür. Hətta bunu bəzi mənbələrdə “ilkin maliyyə yardımı” adlandırırlar. Bu mikromaliyyələşmənin klassik izahından fərqli yanaşmadır. Klassik izahda ona baza- təməl maliyyələşdirmə kimi tərif verirlər yəni, qısa müddətə yuxarı faizlə yeni başlayan müəssisələrə, dövriyyə və ya əsas vəsait almaq üçün verilən az miqdarda puldur. 

Hal-hazırda mikromaliyyə Azərbaycanda inkişaf mərhələsindədir. Burada əhalinin müxtəlif səviyyəli təbəqələri təmsil olunur. Belə ki həm kiçik manufaktura tipli bizneslər, nisbətən kiçik və orta bizneslər, eləcə də ev təsərrüfatı ilə məşğul olan vətəndaşlar belə kreditlərdən istifadə edirlər. Birinci qrup müştərilər əgər öz bizneslərini genişləndirmək məqsədi ilə kredit alırlarsa, ikinci qrup müştərilər isə öz yaşamlarını təmin etməkdən ötrü xırda borclara girib ev təsərrüfatlarını genişləndirirlər. Bu səbəbdən bu kreditlər əhalinin sosial iqtisadi durumuna müsbət təsir göstərir.

Qeyd etmək lazımdır ki, mikromaliyyələşmənin ilkin mərhələsində, bu proses ölkədə hələ təzə-təzə start götürəndə iri banklar mikrokreditlər verməkdə o qədər də maraqlı deyildi. Onlar sadəcə əhalinin aşağı təbəqələrindən olan müştərilər ilə işləmək istəmirdi, bu tip müştərilərə güvənmirdi, belə kreditlərin verilməsi riskli hesab olunurdu, çünki bu müştərilər əhalinin sosial baxımından az təminatlı hissəsisə mənsub idi. Banklar öz diqqətini əsasən Bakı və ona ətraf ərazilərdə cəmləşdirmişdi.

Regionlarda və ucqar ərazilərdə kreditə tələbat daha böyük idi. Adətən adi kəndli libasında olan və maddi durumları olduqca zəif olan bu insanlar dəbdəbəli bank ofislərinə daxil ola bilmirdi. Məsələ onda deyildi ki, belə insanları banklara buraxmırdılar. Bir növ bankların bu dəbdəbəli, təmtəraqlı görünüşü kasıb kəndlilər ilə onların arasında baryer yaradırdı, onların rahat təmas qurmasına imkan vermirdi.  Təsəvvür edin ki, insan kəndə yaşayır, təsərrüfatını qoyub harasa gedə bilmir, kredit üçün müraciət etməkdən ötrü o gərək Bakıya gələ, bir neçə dəfə get-gələ düşə, burda qaldığı müddətdə onun xərcləri çıxacaqdı, üstəgəl sadə dillə desək “yol pulu” və s. Sanki bu insanlar həm də daxili kompleks yaşayırdı. Onlar “yox” cavabı alacaqlarını bilirdi Beləliklə, bu dövrdə yaranan mikromaliyyə təşkilatları öz hədəf seqmentləri kimi məhz əhalinin bu qrupunu seçdilər. Onlar mövcud maneələri aradan qaldırıb, həmin müştəri seqmentinə daha yaxın olmağı bacardılar. Daha müştəri kredit almaqdan ötrü şəhərə gəlmək məcburiyyətində deyildi, mikromaliyyə təşkilatları bu kreditləri regionlara getməklə, kəndlinin özünün rahat hiss etdiyi mühitdə ona verirdi.

Onların əsas missiyası əlçatmaz ərazilərdə yaşayan, maddi durumu olduqca çətin olan, ev təsərrüfatını və xırda biznesini qurmaq istəyən və ya mövcud biznesini nisbətən böyütmək istəyən, Bakıya gəlib-getməyə imkanları olmayan, iri banklara müraciət etmiş və müraciətləri cavabsız qalmış insanlara yardım göstərmək, onlara öz bizneslərini dirçəlmək şansı vermək idi. Bu proses özünü həqiqətən doğrultdu. Həmçinin “Regionların sosial iqtisadi inkişaf proqramı” da bu prosesdə öz rolunu oynadı. Bunun ölkənin ümumi iqtisadi inkişafı və əhalinin maddi rifahının düzəlməsi də sübut edir. Mikrokreditlərə olan tələbat o qədər böyüdü ki, bu sahənin gəlirliyi hətta iri bankların da diqqətini çəkdi. İndi onlar böyük həvəslə bu prosesə qoşulub və ənənəvi sahəsi mikro-kreditlər vermək olan Bank olmayan kredit təşkilatları (BOKT) ilə də rəqabətə girirlər. Məsələ ondadır ki, digər kreditlər ilə müqayisədə mikrokreditlərin faizləri daha böyükdür və onlar yüksək gəlir gətirir. Bankların bu işə maraq göstərməsinin əsas səbəbi bundadır. Əgər 2003-cü ildə mikromaliyyələşmə ilə məşğul olan təşkilatların sayı 13 idisə (onların demək olar ki, hamısı BOKT idisə), indi onların sayı 30-a çatıb.

Bu sahədə öz fəaliyyəti ilə daha çox tanınan təşkilatlar aşağıdakılardır:

•    Accessbank
•    Finca Azərbaycan BOKT
•    VF AzerCredit BOKT
•    Unibank
•    İnkişaf üçün maliyyə BOKT
•    Viator BOKT
•    Bank of Baku

Bu siyahıda ilk üçlük, mikrokredit (100 $ – 20 000 $) portfelində iştirak payına görə bu təşkilatlara məxsusdur:

  • Access Bank – 28.3 %;
  • F INCA Azərbaycan BOKT – 18%;
  • VF Azərkredit BOKT – 6.7%.

Ölkədə son illər baş verən güclü iqtisadi artım mikromaliyyə bazarına da öz təsirini göstərmiş və bu bazarın müştərilərinin sayı artıq 420 min (423,827) nəfəri keçmiş, kredit portfeli isə 724.365.711 milyon ABŞ dolları civarındadır. Başqa sözlə desək mikromaliyyə üzrə kredit portfeli ÜDM-in 1,8 %-i nisbətindədir. Bu bir daha mikromaliyyə xidmətlərinin geniş əhatəliyini göstərir.  Hal-hazırda ÜDM-in miqdarı 30 783.1 milyon manatdır (39204,15 ABŞ dollar).

Bu sahədə tədqiqatlarını uzun zamandır həyata keçirən, həmçinin belə demək mümkünsə keçid dövrü yaşayan şərqi avropa ölkələrində bu sahədə təcrübə göstərir ki, mikromaliyyələşdirmə iqtisadiyyatın bazar strukturunun formalaşmasına, sosial gərginliyin aradan qaldırılmasına,  əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, məşğulluqla təmin olunma və sahibkarlığın inkişafına, inhisarçılığın qarşısının alınmasına, rəqabət şəraitinin yaradılmasına, bazarların əmtəə və xidmətlərlə təmin olunmasına və s. kimi çox mühüm iqtisadi proseslərin həyata keçirilməsində əvəzedilməz rol oynayır.

Mikroiqtisadi fəaliyyətlə məşğul olan biznes sahiblərinin və bu sahədə fəliyyətə yenicə başlayanların maliyyə tələbatları bank sektoru tərəfindən kifayət qədər təmin olunmadıqda, bunların maliyyə xidmətlərilə təmin olunmasının əsas yolu mikromaliyyələşdirmə proqramlarıdır.“Nə üçün bu belədir?” sualı isə müəyyən bir tədqiqatın əvəzində əldə olunan cavabı əks etdirir.

Böyük həcmli maliyyə tələb edən geniş biznes fəaliyyəti ilə məşğul olan müəssisələr, milli iqtisadiyyatda baza tələbləri “geniş miqyaslı istehsalla qənaət” effekti ilə təmin edirlər. Mikro- xırda sahibkarlıqla məşğul olan müəssisələr isə lokal xarakterli  və spesifik tələbi olan xüsusi əmtəələrə olan tələbi ödəyir. Buraya innovasiyaları da aid etmək olar. Bu prinsiplə işləyən müəssisələrin maliyyə vəsaitləri ilə təmin olunması problemi elə buradan aydın olur :

•    xırdadırlar;
•    yenidirlər;
•    kredit tarixçəsinə malik deyillər.

Buna görə banklar da öz növbəsində belə düşünür:  ayrılmış kreditin risklilik dərəcəsi böyükdür  və şərtlərdə bu nəzərə alınmalıdır. Risklilik dərəcəsinin yuxarı olması ilə təyin edilən şərtlər necə olacaq artıq hər kəsə aydın olur. Bundan başqa bank sektoru daha çox böyük müəssisələrin maliyyələşməsinə istiqamətlənmiş olur.

Bütün bunlar nəzərə alınaraq mikro- xırda müəssisələrə dayaq olmaq məqsədilə atılmalı olan addımlar siyahısına güzəştli şərtlərlə maliyyələşmə,  bankların, investisiya fondlarının və s. bu sahəyə investisiya cəlb olunması üçün birgə fəaliyyəti, münbit iqtisadi şəraitin yaradılması və s. daxildir.

Mikromaliyyələşmənin əsas məqsədlərindən biri də yoxsulluq ilə mübarizədir. Daha doğrusu o, qlobal yoxsulluğu aradan qaldırmaq baxımından ən səmərəli strategiya hesab olunur. Bu məqsədlə mikromaliyyə  sxeminin dünyada geniş tətbiqini Dünya Bankı, Asiya İnkişaf Bankı,  ABŞ Beynəlxalq İnkişaf Agentliyi və s.  təşkilatlar aktiv sürətdə dəstəkləyirlər.

Mikromaliyyələşmənin müsbət və mənfi təsirləri ilə bağlı bir sıra fikirlər mövcuddur.Mikromaliyyənin müsbət təsirləri haqqında əsas arqumentlər ondan ibarətdir ki, mikromaliyyə sahibkarlığı, o cümlədən kiçik və orta biznesi, habelə iqtisadiyyatıın inkişafına yardım edir. Bu da öz növbəsində məşğulluğu, əhalinin aztəminatlı təbəqələrinin gəlirlərinin, aktivlərinin və maddi rifah halının artmasına müsbət təsir göstərərək, maddi/mənəvi yoxsulluğun azaldılmasını təmin edir. Eyni zamanda mikromaliyyə qadınların məşğulluğuna, eləcə də əhalinin həssas qruplarının biznes bacarıqlarının, özünəinam hisslərinin, biznes gəlirlərinin və icma səviyyəsində aktivliyin artırılmasına da müsbət təsir göstərir.

Məsələn əgər 2003-cü ildə mikro maliyyə kreditlərinin aktiv müştəriləri içərisində qadınların sayı 11227 nəfər idisə (36%), hazırda bu rəqəm122909.83 (aktiv müştərilərin 28%-i) nəfərdir. Yəni bu doqquz il ərzində mikromaliyyəyə cəlb olunan qadınların sayı təqribən 11 dəfə artmışdır.

qraf1

  İllər

Qadın müştərilərin sayı

Qadınların

payı, %

2003

11227.32

36

2004

19320.8

40

2005

26756.94

38

2006

42336

35

2007

76456.2

30

2008

95799

30

2009

88732.5

30

2010

95724.94

29

2011

171550.2

30

2012

122909.83

29

  Mikromaliyyənin mənfi təsirləri ilə bağlı arqumentlər  əsasən mikro kreditlərin yüksək faiz dərəcəsi nəticəsində müştərilərin daha da yoxsullaşması, uşaq  əməyinin artması və cəmiyyətdə psixoloji gərginliklə və s.  əlaqədardır. Dünyanın bir sıra ölkələrində mikromaliyyələşmə özünün müsbət təsirlərini yoxsulluğun azaldılmasında göstərməkdədir. Buna misal olaraq Banqladeş, Keniya, Peru və s. ölkələri göstərmək olar.

Aşağıdakı cədvəldə Mikro kreditləşmənin inkişafının yoxsulluq səviyyəsi ilə korelliasiyasın aydın görmək olar.

Təşkilatların

sayı

İllər

Mikrokredit portfeli

Aktiv müştərilərin sayı

Yoxsulluq səviyyəsi

13

2003

18529891

31187

44.7

16

2004

32792866

48302

40.2

20

2005

73142250

70413

29.3

22

2006

139767756

120960

20.8

31

2007

384140533

254854

15.8

32

2008

542832551

319330

13.2

31

2009

695483360

295775

10.9

30

2010                  488415259                          330086

9.1

30

2011

712510 441

571834

7.6

30

2012

724365711

423827

                               6

 w+ybINIT9d2TgAAAABJRU5ErkJggg==

Azərbaycanda mikromaliyyə istiqamətində ilk addımlar 1990-cı ildə Dağlıq Qarabağdan münaqişə səbəbilə qovulan 1 mln-dan artıq qaçqın və məcburi köçkünlərin iqtisadi tələbatlarının ödənilməsi istiqamətində atılmışdır. 1996-cı ildə müvafiq beynəlxalq qeyri hökümət təşkilatları tərəfindən müharibədən zərər çəkmiş və ehtiyacı olan digər əhali qrupuna köməklik kimi mikromaliyyələin ayrılmasına başladılar. 2001-ci ilin Dekabr ayının 19-da Azərbaycan Mikromaliyyə Assosiasiyasını təsis etmək barədə Anlaşma Memorandumunu imzalandı və təşkilatın ilkin nizamnaməsi, missiyasını, məqsəd və məramını, fəaliyyət dairəsini, idarəetmə strukturunu müəyyənləşdirərək rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilməsi təmin olundu.

Bu illər ərzində bu istiqamətdə ayrılan maliyyə miqdar artmaqda davam edir. Təkcə son 2009 – 2012-ci illərin may aylarının müqayisəsini aparsaq, Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv təşkilatların mikrokredit portfeli 90% artmışdır. Bu isə 342 mln 640 min dollar deməkdir. Vaxtı ilə heç 1 dollar belə mikromaliyyə almayan əhali qrupu indi cəmi 3 il ərzində aldığı maliyyə yardımı 90% artır. Bu artım göstəricisi çox müsbət bir haldır.

Son dövrlər də Azərbaycanda mikromaliyyənin təsirinin və onun sosial aspektlərinin qiymətləndirilməsinə hesabanmış audit sorğularının sayı artmışdır. Bu tip sorğuların əsas məqsədi mikro kreditlərin əhalinin maddi rifahında nə kimi rol oynadığını üzə çıxarmaqla yanaşı, onların sosial statusunda əks etdirdiyi fərqi üzə çıxarmaqdır. Sorğular zamanı mikro kredit istifadəçiləri qeyd ediblər ki, kreditdən istifadə nəticəsində, digər ailə üzvlərinin və dostlarının onlara etibarı artmışdır. Həmçinin maddi vəziyyətlərinin yaxşılaşması onlarda özünəinam  və şəxsi ləyaqət hissini gücləndirmişdir.

Bütün sadalanan amillərdən çıxış edərək onu demək olar ki, mikro maliyyə nəinki insanların maddi rifahının yaxşılaşmasında, həmçinin mənəvi və psixoloji cəhətdən özünə inamın artmasında, cəmiyyətdə onlara qarşı  etibar hissinin yaranmasında əvəzedilməz rol oynayır. Həmçinin bu faktorlar nəticə etibarı ölkənin sosial-iqtisadi inkişafı durumunda özünü müsbət cəhətdən əks etdirir.

Son xəbərlər
Digər xəbərlər