9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan iqtisadiyyatının ötən il ən çox pul yatırılan sahələri açıqlandı – Siyahı

2022-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18272.3 milyon manat və ya 2021-ci illə müqayisədə 5.5 faiz çox vəsait yönəldilmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 37.9 faizi sənaye, 25.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 23.1 faizi tikinti, 3.7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.8 faizi maliyyə və sığorta fəaliyyəti, 1.7 faizi informasiya və rabitə, 1.5 faizi təhsil, 0.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0.5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə,
əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0.4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0.3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0.2 faizi peşə, elmi və texniki fəaliyyət, 0.1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.

iq iq2

Son xəbərlər
Digər xəbərlər