İran İslam Respublikasının neft naziri Cavad Övci ilə İqtisadiyyat Nazirliyində görüş olub.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışılıb.
Görüşdə İranın Neft Nazirliyi ilə Memorandum imzalanıb. Nazir bildirib ki, bu Memorandum ölkələrimiz arasında təbii qaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək.