3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan-İran sərhədində heç bir məhdudiyyət yoxdur – RƏSMİ

İranda koronavirusun yayılması ilə əlaqədar olaraq Azərbaycan-İran sərhədində yerləşən Astara və Biləsuvar rayonlarındakı gömrük-sərhəd buraxılış məntəqələrində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilir.

Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayev açıqlamasında bildirib ki, hazırda bir sıra profilaktik tədbirlər həyata keçirilir və dezinfeksiya işləri aparılır: “Bu məqsədlə ərazidə qurulmuş stasionar aparatlarla yük nəqliyyat vasitələri birbaşa dezinfeksiya edilir. Sərnişin xəttində Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 saatlıq iş rejimində öz fəaliyyətlərini davam edirlər. Hər bir sərnişin tam surətdə tibbi müayinədən keçirilir və xəstəlik halları aşkar edildikdə onlar birbaşa stasionar müalicəyə göndərilir. Son vaxtlar bu profilaktik tədbirlər nəticəsində gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətində fasilələr yaranır. Bu da insanların sağlamlığını qorumaq məqsədi daşıyır. Vətəndaşlar arasında maarifləndirmə işləri aparılır və söhbət zamanı yayılmış epidemiyanın nə dərəcədə təhlükəli olduğu bildirilir. İnsanlar da çox hallarda İrana səfərlərini təxirə salırlar”.

Aslan Paşayev onu da qeyd edib ki, sərhədin tam bağlanması üçün heç bir əsas yoxdur. Həm İran İslam Respublikasından gələn insanlar, həm də Azərbaycan vətəndaşlarının keçidi tam surətdə təmin olunur.

©APA

Son xəbərlər
Digər xəbərlər