17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycan-İran sərhədində yanğın olub – Video

Azərbaycan-İran sərhədində yanğın olub.

Banker.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.

Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.

Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər