Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni köprünün tikilməsi ilə bağlı protokol imzalayıb.
Sənədə ötən gün Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və İranın yol – şəhərsalma naziri Məhəmməd İslami imza atıb.
Dəyəri 4,7 milyon avro olacaq və 1 ilə reallaşdırılacaq layihəni hər iki ölkə maliyyələşdirəcək.