29 C
Baku
Sunday, July 7, 2024

Azərbaycan, İran və Türkiyə XİN başçıları Tehranda görüşəcək

İran, Azərbaycan və Türkiyə XİN başçılarının növbəti görüşü Tehranda keçiriləcək.

Bu barədə İranın xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında sualına cavabında deyib. S.Xətibzadə deyib ki, bu görüşün keçirilməsi ilə bağlı hazırda hazırlıq işləri aparılır.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında çoxlu müştərək layihələr var. “İki ölkə arasında xüsusilə son 10 ayda çoxlu müştərək layihələr haqqında razılıq əldə olunub. Ümid edirəm ki, tez bir zamanda bu müştərək layihələrin icrasının şahidi olacayıq”.

İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin gözlənildiyini bildirən S.Xətibzadə qeyd edib ki, prezidentlərin də qarşılıqlı səfərləri üçün dəvət ünvanlanıb.

“Həm nazirlər və həmdə digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri hazırda gündəmdəir. Ümid edirik bu səfərlər əldə olunan sazişlərin icrasını daha da tezləşdirəcək”, o deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər