13 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan iri tonnajlı dizel yük avtomobillərinin istehsalını kəskin artırdı

Azərbaycanın avtomobil zavodları 2020-ci il ərzində ağır tonnajlı yük avtomobilləri istehsalını az qala ikiqat artırıb.

Banker.az xəbər verir ki, 2020-ci ildə ölkədə 112 ədəd Ümumi kütləsi 5 tondan 20 tonadək olan dizel mühərrikli yük avtomobilləri istehsal edib.

Bu da 2019-cu il ilə müqayisədə 45 ədəd çox, yəni, 67.2% artım olması deməkdir.

Bununla belə hesabat ilində ölkədə ümumi kütləsi 5 tondan çox olmayan dizel mühərrikli yük avtomobilləri 92 ədəd (2019:96 ədəd) olub.

Ölkədə ilk olaraq 2.5 min kub sm-dən çox olan dizel mühərrikli ictimai sərnişin nəqliyyatı vasitələrinin istehsalına başlanılıb ki, bunun da sayı iki ədəddir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər