Azərbaycan iş adamları IDB ölkələrinin forumuna dəvət olunub

Səudiyyə Ərəbistanında İslam İnkişaf Bankı (IDB) ölkələrinin “Dövlət sektoru ilə özəl sektor arasında I Əməkdaşlıq Forumu” keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən məlumata görə, forum martın 22-də Ər-Riyad şəhərində baş tutacaq. Azərbaycanlı iş adamları da forumda iştiraka dəvət olunublar.

Forumda iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər