Azərbaycan iş adamlarına Pakistanın müxtəlif sahələrinə investisiya yatırmaq imkanları təklif edilib.
Bunu Azətrbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşdə bu ölkənin Sərhəd Ticarət-Sənaye Palatasının prezidenti Hasnain Xurşid Əhməd bildirib.
Onun sözlərinə görə, Pakistanın Xaybər-Paytunxva vilayətinin iş adamlarını əhatə edən Sərhəd Ticarət-Sənaye Palatası xarici investiorlar üçün geniş potensial sektorlar təklif edir: “Bu sahələrin içində neft, qaz, mədən, faydalı qazıntılar, elektroenergetika, mebel istehsalı, yarımqiymətli daş-qaşlar, həmçinin əl işi istehsalı olan məhsullar mövcuddur.
Palata sədri bildirib ki, Pakistanın bu vilayəti investisiya və biznes üçün təhliükəsiz və cəlbedicidir: “Bütün yerli və beynəlxalq investorlar təhlükəsiz şəkildə bura investisiya edə bilərlər.
Azərbaycanın Pakistandakı səıfiri Xəzər Fərhadov isə bildirib ki, Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Səfir Xayber-Paxtunxvalı iş adamlarını Azərbaycanda potensial sənaye sahələrinə sərmayə qoymağa dəvət edib: “Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. İki ölkə arasında bir sıra işçi qrupları yaradılıb və onlar maneələrin və problemlərin aradan qaldırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər”.