Azərbaycan D8-ə (İslam Səkkizliyi – red.) üzv olmaq üçün müraciət edib.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu təşkilatın yaxın zamanda D20-ə çevirilməsi vacibdir.
Çavuşoğlu həmçinin, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da islahatların aparılmasının lazım olduğunu vurğulayıb.