16 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan İsrail, İsveç və Rumıniya ilə ticarətə dəyişiklik edib

Azərbaycanın Rumıniya, İsveç və İsrailin bəzi inzibati ərazi vahidlərinə tətbiq etdiyi müvəqqəti idxal məhdudiyyəti aradan qaldırılıb.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rumıniyanın, İsveçin və İsrailin bəzi inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəlikləri aradan qaldırılıb. Beləliklə, qeyd olunan ölkələrin bəzi inzibati ərazi vahidlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliklərinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Xatırladaq ki, Azərbaycan məhz bu səbəbdən adıçəkilən ölkələrdən bəzi məhsulların idxalına və tranzitinə müvəqqəti məhdudiyyət tətbiq etmişdi.

Son xəbərlər
Digər xəbərlər