Azərbaycan İtaliya ilə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi və bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
“İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayan TAP-ın genişləndirilməsi və bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə etdik”, – deyə nazir bildirib.