23 C
Baku
Thursday, June 19, 2025

Azərbaycan İtaliyaya xam neft ixracını 2 dəfə artırıb

Azərbaycan İtaliyaya ixrac etdiyi xam neftin həcmi illik müqayisədə 2.4 dəfə artıb.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, 2025-ci ilin ilk beş ayında İtaliyaya 5.73 mln. tonluq və ya 3.09 mlrd. dollarlıq xam neft ixrac edib.

İtaliya bununla Azərbaycanın ən iri neft alıcısı kimi ilk pillədəki yerini qorumuş olub.

Ümumi ixrac edilmiş 10.36 mln. tonluq xam neftin 55 faizi bu ölkəyə satılıb.

Son xəbərlər
Digər xəbərlər