10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan ixrac etdiyi pambıq 57% bahalaşıb – Az məhsul ixrac edilib, daha çox gəlir əldə edilir

Azərbaycan 2022-ci ildə pambığı öncəki ildən daha baha satır və bu da az miqdarda ixrac, çox həcmdə valyuta daxil olması ilə nəticələnir.

Banker.az xəbər verir ki, 2022-ci ilin ilk yarısında Azərbaycan xaricə 56.9 min ton həcmində pambıq ixrac edib. Bu ixracın dəyəri isə $136.86 mln. ABŞ dollarının ölkəyə daxil olması deməkdir.

2021-ci ilin ilk yarısında Azərbaycan xaricə cəmi 79.7 min ton həcmində pambıq lifi satmışdı ki, bunun da dəyəri $121.95 mln. dolları əhatə edirdi.

2021-ci ilin ilk yarısında xaricə satılan pambığın hər tonu $1 530 olduğu halda bu il artaraq $2 405

Yəni, bu l hər tonunda ölkəyə $875, yaxud 57 faiz əlavə valyuta daxil olmasına səbəb olur.

Cari ilin ilk yarısında Azərbaycandan xaricə ixrac edilən pambığın 1 min tonu ($1.86 mln.) Banqladeşə, 3 min tonu ($4.92 mln.) İrana və 52.86 min tonu ($130.08 mln.) Türkiyəyə ixrac edilir.

Son xəbərlər
Digər xəbərlər