24 C
Baku
Monday, September 30, 2024

Azərbaycan kərə yağının istehsalını artır, idxalı azaldır

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 4 057 ton kərə yağı istehsal edilib.

Banker.az Dövlət Statistka Komitəsinin hesabatına istinadən xəbər verir ki, illik müqayisədə ölkədə istehsal olunan kərə yağının həcmi 1% artıb.

İki ayda Azərbaycanın xarici ölkələrdən idxal etdiyi kərə yağının dəyəri isə 9 milyon 484 min ABŞ dolları dəyərində olub ki, bu da illik müqayisədə 1 milyon 319 min ABŞ dolları (12.2%) az, idxal edilən kərə yağının həcmi isə 1 938 ton olub. Ötən ilin iki ayı ilə müqayisədə bu, 245 min ton (11.2%) azdır.

Cari ilin martın 1-nə ölkədə kərə yağı üzrə hazır məhsul ehtiyatı 72.9 ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər