13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan kərə yağının istehsalını artırdı, idxalı azaltdı

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehsal olunan kərə yağının həcmi illik müqayisədə 5.1% artaraq 23501,3 tona çatıb. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda bildirilir.

Həmçinin, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin ilk 11 ayında Azərbaycanın xaricdən aldığı kərə yağı həm miqdar ifadəsində, həm də dəyər ifadəsində 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azdır. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəyə 70.1 mln. dollar dəyərində 13.5 min ton kərə yağı idxal olunub. Bu göstəricilər əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 4.4% və 9.5% azdır.

Son xəbərlər
Digər xəbərlər