17.8 C
Baku
Monday, May 19, 2025

Azərbaycan Kanadaya azot gübrəsi satışına başlayıb

Azərbaycan 2025-ci ilin ilk rübündə Kanadaya 17 797 ton həcmində azot gübrəsi ixrac edib.

Banker.az xəbər verir ki, bu da 5 milyon 339.15 min dollar dəyərində ixrac deməkdir.

İxrac edilmiş bir ton azot gübrəsi 300 ABŞ dolları təşkil edib ki, bu da öncəki ildəki orta satışdan 58 faiz baha deməkdir.

Qeyd edək ki, cari ilin ilk rübündə Azərbaycan ümumilikdə 196.5 min ton karbamid istehsal edib və bu öncəki ildən 4.4 faiz artımdır.

 

Son xəbərlər
Digər xəbərlər