4 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycan kapital bazarları tarixində rekord qeydə alınıb

Ötən il Bakı Fond Birjasının dövriyyəsi 25 milyard manata çatıb.

Bu barədə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin üzvü Tələt Kalayev Bakıda “Nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, bu da Azərbaycan kapital bazarları tarixində rekord bir nəticədir.

“Sonuncu statistikaya əsasən Bakı Fond Birjasında 45 emissiya həyata keçirilib, onun 38-i istiqraz buraxılışı, 7-i isə səhm emissiyası ilə bağlıdır”, – deyə T. Kalayev bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər