12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın kartof bazarında İranı Türkiyə və Pakistan əvəzləyir

Ötən il Azərbaycan əhalisinin istehlak səbətinin əsas komponenti kartof bazarda öncəki illərlə müqayisədə azlıq təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə kartofun məhsul yığımı öncəki illə müqayisədə 12.3 min ton artsa da, ümumilikdə xaricdən idxalın ümumi həcmində 23.18 min ton azalma olub.

2022-ci ildə Azərbaycanda 54.8 min ha. ərazidən 1 milyon 74.3 ton kartof yığılmışı.

İdxalın azalmasına səbəb İran İslam Respublikasından idxalın kəskin enişidir. Belə ki, 2021-ci ildə islam respublikasından Azərbaycana 164.54 min ton ($40 mln.) kartof gətirildiyi halda, 2022-ci ildə bu rəqəm 41.65 min tona ($10.37 mln.) düşüb. Bu da illik müqayisədə 122.9 min ton, yaxud 75% azalmadır.

Azərbaycan İran kartofunun kəskin azalması fonunda, bu boşluğu Pakistan və Türkiyə ilə doldurmağa çalışıb. Pakistandan 2022-ci ildə 24.580 min ton ($7.37 mln.) və Türkiyədən isə 31 min ton ($7.78 mln.) kartof idxal edilib. Öncəki illərdə Pakistandan çox cüzi miqdarda  bu məhsulun idxalı gerçəkləşmişdi.

Kartofun qalan 7.88 min tonu ($1.97 mln.) Gürcüstandan gətirilib ki, illik 6% artımdır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda kartofun qiyməti 40% üzərində bahalaşmaqla bir kiloqramının orta qiyməti 0.98 manatdan 1.41 manata qədər bahalaşmışdı.

Son xəbərlər
Digər xəbərlər