2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 39 milyon 856 min dollar dəyərində 91 min 835 ton kartof ixrac edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Kartofun 2021-ci ilin ilk 9 ayının qeyri- neft sektoru üzrə ixracında xüsusi çəkisi 2.20% təşkil edib.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-nə kimi sahələrdən 984.8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3.6 faiz çox kartof yığılıb.